Bloq
Su təchizatı üçün hidrofor sistemləri
Müasir yaşayış və sənaye obyektlərində stabil su təchizatı və etibarlı yanğın təhlükəsizliyi avadanlıqları həyati əhəmiyyət daşıyır. Bu sistemlərin düzgün layihələndirilməsi və keyfiyyətli avadanlıqlarla qurulması həm fasiləsiz su təminatını, həm də fövqəladə hallarda maksimum təhlükəsizliyi təmin edir.
Su Təchizatı Hidrofor Sistemləri
Hidrofor sistemləri su təzyiqinin stabil saxlanılması üçün istifadə olunur və əsasən aşağıdakı obyektlərdə tətbiq edilir:
-
Çoxmənzilli yaşayış binaları
-
Villalar və fərdi evlər
-
Otellər və ticarət mərkəzləri
-
Xəstəxanalar və inzibati binalar
-
Sənaye və istehsalat müəssisələri
Hidrofor Sisteminin İş Prinsipi
Hidrofor stansiyası bir və ya bir neçə nasosdan, təzyiq çənindən, avtomatik idarəetmə panelindən və qoruyucu elementlərdən ibarət olur. Sistem su sərfiyyatına uyğun olaraq nasosları avtomatik işə salır və söndürür, beləliklə:
-
Boru xətlərində təzyiq sabit qalır
-
Enerji sərfiyyatı azalır
-
Nasosların istismar müddəti uzanır
Shimge BLT Seriyalı Nasoslar – Hidrofor və Yanğın Sistemləri üçün İdeal Həll
Shimge BLT seriyası – şaquli çoxpilləli (multistage) nasoslar olub, yüksək təzyiq tələb olunan hidrofor və yanğın stansiyalarında geniş istifadə olunur.
Əsas Texniki Xüsusiyyətlər
-
Tip: Şaquli çoxpilləli mərkəzdənqaçma nasosu
-
İşləmə mühiti: Təmiz su və fiziki çirkləri olmayan mayelər
-
Davamlı və səssiz işləmə
-
Yüksək hidravlik səmərəlilik
Nerj Kreçatkalı BLT və Nerj çanaqlı BL seriyalı nasoslar
Shimge BLT seriyasında istifadə olunan nerj krematkalar (paslanmayan polad impellerlər) aşağıdakı üstünlükləri təmin edir:
-
Aşınmaya və korroziyaya yüksək davamlılıq
-
Uzunmüddətli istismar
-
Yüksək təzyiq altında stabil performans
-
Hidrofor sistemlərində tez-tez işə düşmələrə qarşı davamlılıq
Bu xüsusiyyətlər BLT nasoslarını intensiv istifadə olunan sistemlər üçün ideal edir.
Nerj Gövdəli (Paslanmayan Polad Korpuslu) BLT Nasoslar
Shimge BLT seriyasının nerj gövdəli modelləri xüsusilə yüksək tələblər olan layihələr üçün nəzərdə tutulub:
-
Paslanmayan polad gövdə (AISI 304 / 316)
-
Kimyəvi təsirlərə və rütubətə yüksək davamlılıq
-
Sanitariya tələbləri olan obyektlər üçün uyğunluq
-
Yanğın sistemlərində uzun müddət boşda gözləməyə tam uyğun
Shimge BLT Nasoslarının Üstünlükləri
✔ Hidrofor və yanğın sistemləri üçün tam uyğunluq
✔ Enerji səmərəli mühərriklər
✔ Avtomatik idarəetmə panelləri ilə inteqrasiya imkanı
✔ Aşağı vibrasiya və səssiz işləmə
✔ Kompakt dizayn – az yer tutur

